Dövlət Komitəsində görüş Hadisə

Dövlət Komitəsində görüş

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniyanın Berqhof Fondunun Qafqaz üzrə proqram direktoru Oliver Volleh ilə görüşüb.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövcud vəziyyət, bu münaqişədən əziyyət çəkən dinc insanların – qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə həyata keçirilən layihələri daim diqqətdə saxlayır.
Komitə sədri alman humanitar təşkilatlarının ölkəmizdəki fəaliyyətinin, xüsusən məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrin məmnunluq doğurduğunu qeyd edib.
Qonaqlar Berqhof Fondunun Qafqazda, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat veriblər.
Görüşdə Fondun məcburi köçkünlərlə bağlı olan "Tarix və yaddaş - dialoq üçün əsas kimi" layihəsinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.