Rütte: NATO-nun kollektiv müdafiə maddəsi qəsdən qeyri-müəyyən formalaşdırılıb Dünya

Rütte: NATO-nun kollektiv müdafiə maddəsi qəsdən qeyri-müəyyən formalaşdırılıb

NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsi düşmənlərin başını qarışdırmaq üçün qəsdən qeyri-müəyyən saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rütte bəyan edib.

"Beşinci maddə qəsdən ikimənalı qoyulub, biz heç vaxt heç kimə onun işə salınıb-salınmadığını birbaşa deməyəcəyik. Biz düşmənlərimizin daha ağıllı olmasına kömək etmək istəmirik", - deyə Rütte Ayovadakı forumda bildirib. Onun çıxışının mətni təşkilatın saytında dərc olunub.

O qeyd edib ki, söhbət hibrid hücumlardan gedəndə NATO "qeyri-ictimai" reaksiya verə bilər və alyansın cavabı həm simmetrik, həm də asimmetrik ola bilər.

Məryəm Quliyeva