“İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb Hadisə

“İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşlarının hazırladıqları "İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər" kitabı çapdan çıxıb. Monoqrafiyada qarşıya qoyulan əsas məqsəd müasir dövrdə aktuallıq kəsb edən İslam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir. Nəşrdə İslam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış ilk addımlar öyrənilib, bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilib, indiki dövrdə hansı hüquqi-siyasi qurumlarda əksini tapmağı məsələsi araşdırılıb.
Monoqrafiyanın "İslam həmrəyliyi: dünəndən bu günə" adlanan birinci fəslini il.ü.f.d. Aslan Həbibov, "İslam həmrəyliyinin dini ideoloji əsasları" adlanan ikinci fəslini fəl.ü.f.d. Elvüsal Məmmədov, "İslam həmrəyliyi və müasir Azərbaycan" adlanan üçüncü fəslini fəl.ü.f.d. İlkin Əlimuradov, "İslam həmrəyliyi yeni dünya sistemində alternativ təşəbbüs kimi" adlanan dördüncü fəslini isə fəl.ü.f.d. Leyla Məlikova yazıb.