Pedaqoji Universitetdə doktoranturaya qəbul başlanıb Hadisə

Pedaqoji Universitetdə doktoranturaya qəbul başlanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktoranturaya və dissertanturaya qəbul başlanıb. ADPU-dan bildiriblər ki, müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb.

Universitetin rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə sənəd qəbulu komissiyası yaradılıb və 2018-ci il dekabrın 7-dən 25-dək ADPU-da sənəd qəbulu keçirilib. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim edib. Onlardan 33-ü fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7-si fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5-i isə elmlər doktoru hazırlığı üzrə dissertanturaya sənəd verib.
Yanvarın 7-dən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlanıb.