Rauf Mirqədirovun həbs müddəti uzadılıb Hadisə

Rauf Mirqədirovun həbs müddəti uzadılıb

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həb-qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.
Məhkəmə Rauf Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Rauf Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.