“Ölkəmizdə qayğıya ehtiyacı olan təbəqəyə yüksək diqqət göstərilir“ Hadisə

“Ölkəmizdə qayğıya ehtiyacı olan təbəqəyə yüksək diqqət göstərilir“

"Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə veteranlarının, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Son dövrlərdə ölkə başçısının bu istiqamətdə atdığı addımlar buna bariz nümunədir". Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 21 fevral 2019-cu il tarixli fərmanı həmin ailələrin yüksək qayğı ilə əhatə olunduğunu təsdiqləyir.
S.Hüseynova söyləyib ki, dövlət başçısının fərmanına əsasən həmin ailələr üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib: "Məlumdur ki, sözügedən ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına dövlət başçısının 2014-cü il 11 avqust tarixli fərmanına əsasən başlanılıb. Bütün bunlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir. Dövlət başçısının fərmanına əsasən həmin ailələr üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib. Sözügedən ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına dövlət başçısının 2014-cü il 11 avqust tarixli fərmanına əsasən başlanılıb".