Seutadakı çimərlikdən miqrantların köçürülməsinə başlanılıb Dünya

Seutadakı çimərlikdən miqrantların köçürülməsinə başlanılıb

​İspaniya polisi və Mülki Qvardiyası cümə axşamı səhər saatlarında muxtar Seuta şəhərindəki "El-Trampolin" çimərliyindən 4 minə yaxın qeyri-qanuni miqrantın köçürülməsi üzrə əməliyyata başlayıb.

Xalqcebhesi.az "El Mundo" qəzetinə istinadən xəbər verir ki, 30-a yaxın polis avtomobili yarım kilometrlik perimetri nəzarətə götürərək miqrantların iyulun sonunda Mərakeş tərəfdən kütləvi sərhəd keçidindən sonra saldıqları çadır düşərgəsini mühasirəyə alıb.

​Nəşrin məlumatına əsasən, İspaniyanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantların sığınacaq müraciətlərini araşdırmaq və əksər hallarda onların Mərakeşə geri qaytarılması prosesinə başlamaq üçün şəhərdə inşa edilən müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürməyi planlaşdırır. Qəzet qeyd edir ki, düşərgənin ləğv edilməsi barədə qərar polis rəhbərliyi və yerli hakimiyyət orqanları tərəfindən ötən axşam qəbul olunub.

Məryəm Quliyeva