Almaniyada IV Avrasiya dağ turizmi konfransı keçirilib Hadisə

Almaniyada IV Avrasiya dağ turizmi konfransı keçirilib

Almaniyanın Bertexsqaden şəhərində IV Avrasiya dağ turizmi konfransı keçirilib. Tədbirin təşkilatçısı qismində Dünya Turizm Təşkilatı (DTT) çıxış edib. Konfransda 30 ölkədən nümayəndələrin iştirak etdiyi konfransda dağ turizmi sahəsində yeni layihələrin həyata keçirilməsi, ölkələr arasında əməkdaşlığın inkişafı və təbii ehtiyatların qorunması məsələləri müzakirə olunub. DTT-nin baş katibi Zurab Pololikaşvili qeyd edib ki, dağ turizmi Avrasiya məkanında və bütün dünyada regional inkişaf üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, turizmin bu sahəsinin populyarlaşdırılması dağ rayonlarında insanların güzəranının yaxşılaşmasına və əldə olunan gəlir hesabına yeni istehsal müəssisələrinin açılmasına kömək edir.
Tədbirdə çıxış edən Almaniyanı İqtisadiyyat Nazirliyinin stats-katibi Tomas Barrays bildirib ki, konfrans dağ turizminin inkişafı ilə yanaşı, Avropa və Asiya şirkətləri arasında bu sahədə mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.
Martın 6-da isə Almaniyada turizm sahəsində daha bir beynəlxalq tədbir - Berlin şəhərində "İTB Berlin 2019" beynəlxalq sərgisi açılıb. Azərbaycanın da iştirak etdiyi sərgidə ölkəmizi müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edib. Burada Azərbaycanın turizm brendinin əsas şüarı - "Bir daha bax" ("Take another look") konsepsiyasına müvafiq olaraq dizayn edilən yeni stendi təqdim olunub.