25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 May 2019 15:38
1 981
Qərbi Kaspi Universitetində tədqiqatçıların, pedaqoq və təhsil mütəxəssislərinin iştirakı ilə İnnovativ Təhsil Konfransı keçirilib. Konfransda metodologiyalarda innovativ yeniliklərin, təhsil sahəsində innovasiyaların tətbiqi problemləri, riyazi modelləşdirmələrin tətbiqi, elmlərin konvergensiyası və inteqrasiyası məsələləri ilə bağlı çıxışlar olub, müzakirələr aparılıb, elm sahələrinə kompleks yanaşmanın yeni elmi nailiyyətlərə yol açacağı diqqətə çatdırılıb. Özündə STEAM (Science, Technology, Engineering, Art, Mathematic – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) fəlsəfəsini ehtiva edən metodologiyanın təhsilin bütün səviyyələrində tətbiq edilməsi istiqamətində elmi araşdırmaların aparılmasının vacibliyi qeyd edilib, bu fəlsəfəyə söykənən təhsil ilə əlaqədar proqramlar, konsepsiya və təkliflərin hazırlanaraq tətbiqi imkanları nəzərdən keçirilib.
Qeyd edilib ki, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqi təhsilin keyfiyyətinin artmasına xidmət edə, nəticədə ölkə iqtisadiyyatının inkişafına töhfə verə bilər.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
10:06
833
25 İyul 17:19
1 141
25 İyul 14:23
1 204