İrandan atışma məsələsinə açıqlama Hadisə

İrandan atışma məsələsinə açıqlama

İran Xarici İşlər Nazirliyi son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və cəbhə bölgəsində baş verənlərə münasibət bildirib. Hazirliyin sözcüsü Mərziyə Afham bildirib ki, münaqişənin hərbi vaqsitələrlə həlli çıxış yolu deyil.
M.Afham son günlər Ermənistan-Azərbaycan təmas xəttində - cəbhədə insan itkisi ilə nəticələnən hadisələrə təəssüfünü bildirərək, tərəfləri atəşkəs rejiminə əməl etməyə dəvət edib.
O, danışıqların davam etdirilməsinin zəruriliyini də vurğulayıb.