Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
29 Avqust 2019 14:43
2 170
ABŞ-da yarış avtomobillərinin ən yaxşı qadın sürücüsü və teleaparıcı Cessi Kombs avqustun 27-də həlak olub. O, reaktiv avtomobildə yeni dünya rekordu müəyyən etməyə çalışarkən ölümcül xəsarət alıb.
39 yaşlı Cessi Kombs Oreqon ştatının Alvorda səhrasında həlak olub. O, reaktiv avtomobildə qurumuş gölün dibi ilə saatda 996 kilometr sürət götürməyə çalışıb.
Pilot öz rekordunu bir daha təzələmək istəyib. 2013-cü ildə C.Kobs saatda 632 kilometr sürətlə gedərək tam 48 il yenilənməyən bir rekordu təzələyib, üç il sonra reaktiv avtomobildə saatda 769 kilometr sürət götürərək yeni rekord müəyyən edib.
C.Kombs müxtəlif vaxtlarda ABŞ-da “Sərt tyuninq”, “Ekstrim 4x4” və “Əfsanələri puça çıxaranlar” kimi populyar televiziya verilişlərinin həmaparıcısı olub.
İki həftədən bir qədər az əvvəl Yeni Orleanda (Luiziana ştatı) ikiyerlik, yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Onu ABŞ-da çox tanınan kaskadyor Frank Auqustus idarə edib. Auqustusun yeganə sərnişini 23 il “Fox8” kanalında çalışmış jurnalist və teleaparıcı Nensi Parker olub. Qəza baş verəndə o, televiziya üçün yüksək pilotaj fiqurları və kaskadyorların işi barədə süjet çəkirmiş. Onların hər ikisi qəzada həlak olub.
25 Sentyabr 18:21
1 155
25 Sentyabr 17:17
875
25 Sentyabr 17:16
833