Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
2 Sentyabr 2019 15:29
2 436
26-29 avqust 2019-cu il tarixlərində Rusiyanın Rostov şəhərindəki Cənubi Federal Universitetində Qafqaz Riyaziyyatçıları Cəmiyyətinin 3-cü beynəlxalq konfransı keçirilib. Avropa Riyaziyyatçıları Cəmiyyətinin dəstəyi ilə təşkil olunan konfransda dünyanın 10 ölkəsindən (Almaniya, İtaliya, Norvegiya, Rusiya, Türkiyə, Gürcüstan və s.) 70-ə yaxın riyaziyyatçı iştirak edib. Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev “Ehtimal nəzəriyyəsinin paradoksal nəticələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi ehtimal nəzəriyyəsində baş verən gözlənilməz (paradoksal) hadisələrdən bəhs edib. Qeyd olunub ki, bu sahədə təqdim olunan nəticələr müəllifin yaratdığı mürəkkəb texniki sistemlər üçün idarəetmə nəzəriyyəsinin bir hissəsidir. İkinci paradoksun hərəkətdə olan hissəciklərin riyazi modelləri ilə bağlı olduğunu bildirən alim alınan nəticələri təqdim edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. A.Hacıyev, həmçinin Avropa Riyaziyatçıları Cəmiyyətinin prezidenti, prof. Volker Mehrmannla görüşüb. Görüşdə Azərbaycan Riyaziyyatçıları Cəmiyyəti və Avropa Riyaziyyatçıları Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycan Riyaziyatçıları Cəmiyyətinin bu quruma üzv olması məsələsi müzakirə olunub.
25 Sentyabr 18:21
1 134
25 Sentyabr 17:17
861
25 Sentyabr 17:16
819