Azərbaycanda müştərək sığorta şirkətinin ləğv prosesi yekunlaşır
Səfirlik: İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir
Orban: ABŞ-ın Venesuelaya qarşı hərəkətləri liberal dünya nizamının çöküşünü sübut edir
Masallıda evdən 33 min manatlıq qızıl, 2 min dollar, 10 min manat oğurlanıb
18 Sentyabr 2019 16:54
1 876
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə "UNESCO" kafedrasının Milli irsin öyrənilməsi üzrə "Günəşin axtarışında" İşçi qrupunun "Qeydiyyatda olmayan tarixi abidələr haqqında pasport informasiyasının toplanılması, sistemləşdirilməsi və yerləşdirilməsi" mövzusunda seminarı keçirilib.
Tədbirdə tarixi, arxeoloji və memarlıq abidələrin qorunması məqsədilə dövlət qurumlarına dəstək, əhalinin zəruri biliklərlə məlumatlandırılması və könüllülərə informasiyanın toplanılması alqoritminin təqdim edilməsi məsələləri müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində son dövrdə "Günəş axtarışında" İşçi qrupu ilə Azərbaycanın mədəni-tarixi irsinə aid görülən işlərdən danışıb.
Hüquq və İnsan haqqları İnstitunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov 2 il öncə Mərkəzi Elmi Kitabxananın nəzdində yaradılmış "UNESKO" kafedrasının araşdırılmamış və qeydə alınmamış fiziki vəziyyəti qənaətbəxş olmayan abidələr, məzarlar, dini məbədlər, "milli marker" hesab edilən qoçdaşlar haqqında məlumatların toplanılması, sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Tədbirdə "Günəşin axtarışında" İşçi qrupunun üzvləri - Renat Cəfərov, Sabit Qurbanov, İlqar Həsənov, Şəfa Mövsümov, Qafqaz Ömərov və başqaları çıxış edərək adı çəkilən abidələr haqqında informasiya şablonunun hazırlanması, yerli əhalinin təlimatlandırılması, könüllərin cəlb edilməsi barədə təkliflərini səsləndiriblər.
R.Cəfərov informasiya şablonunun əks etdirdiyi müddəaları - abidələrin yerini, fotoəksini, yerli sakinlər ilə izahat işinin aparılmasını, məlumatların toplanılma qaydalarını və başqa tələbləri diqqətə çatdırıb.