FHN Mülki Müdafiə Qoşunlarında andiçmə mərasimi keçirilib Hadisə

FHN Mülki Müdafiə Qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı meydana gətirilib.
Mərasim başlandıqdan sonra bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər. Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub.
Hərbi hissə komandirləri hərbi andın əhəmiyyəti haqqında danışıb, gənc əsgərləri əlamətdar gün münasibəti ilə təbrik ediblər.
Hərbi hissə komandirlərinin psixoloji təminat üzrə müavinləri Hərbi andın əhəmiyyətini vurğulayıb və son günlər Qarabağ cəbhəsində Azərbaycan əsgərinin rəşadət və igidliyini diqqətə çatdırıblar.