08:05
448
V.Putinin yeni dünya düzəni anlayışını güclünün hər zaman doğru olması prinsipi təşkil edir. Əslində, yeni dünya düzəni anlayışı zamanın tələbinə uyğun olaraq dünyanın idarəçilik prinsiplərinin müasir dünyaya uyğunlaşdırması anlamına gəlir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda bütün ölkələr gec-tez yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməli olacaqlar və ümumi gələcək naminə məsuliyyət mücərrəd şüar olaraq qalmamalıdır fikrinə münasibətində deyib.
"Dünya inkişaf edir. Yeni dövlətlər yaranır ki, onlar iqtisadi və hərbi-texniki baxımından o qədər inkişaf edirlər ki, özlərini dünyanın idarə olunmasında rol alacaq dərəcədə öndə görürlər. Amma bunun üçün köhnə dünya düzəninin dağıldığının sübutları ortaya qoyulmalıdır.
Beynəlxalq qanunların işləmədiyini, imperialist maraqların baş qaldırdığını, güclünün zəifi özünə tabe etmək istədiyini və nəhayətdə dünyanın idarə olunmasında yeni prinsiplərin yaradılmasına ehtiyac duyulduğuna qənaət gətirilməsi əsas meyarlardır" - o, vurğulayıb.
A.Qasımov deyib ki, Rusiya köhnə düzənin əsas dağıdıcısı kimi yeni dünya düzəninədə aktiv rol almağa çalışır.
Amma Rusiya bu yeni düzənin ən zəif təfəkkürlü həlqəsini təşkil edir.
Məsələ ondadır ki, Rusiya yeni düzəni Ukraynanın bir neçə vilayətini öz ərazisinə birləşdirmək kimi görür. Əvəzində isə bütün dünyadan təcrid olunur. Hesab edirəm ki, Rusiyada təfəkkür qıtlığı yaşanır. Bu isə Rusiyanı hədəf halına gətirməklə yeni dünya düzənində rolunu heçə endirir".
Cavid