Mahatma Qandi Bakıda yad ediləcək Hadisə

Mahatma Qandi Bakıda yad ediləcək

Bu gün saat 12:00-da Hindistan Səfirliyində “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd ediləcək. Tədbir Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Səfirlikdən xalqcebhesi.az-a verilən məlumata görə, bu tədbir "Hindistan Müstəqillik Hərəkatının" qabaqcıl lideri və "Millətin atası" kimi tanınan
Mahatma Qandinin yad etmək, onun əbədi mesajı haqqında düşünmək və müasir dünyamızda sülhün, tolerantlığın və dialoqun əhəmiyyətini bir daha təsdiqləmək üçün imkan yaradacaq.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar deyib ki, Qandini doğum ildönümündə yad edərkən, onun bəşəriyyətə ən böyük töhfəsinin bəlkə də yalnız zorakılığa əl atmadan ədalətsizliyə qarşı necə mübarizə aparmağı göstərməkdən ibarət olmadığını, eyni zamanda məqsədlərimizə çatmaq üçün seçdiyimiz vasitələrin nəticədə yaratdığımız cəmiyyətin xarakterini müəyyən etdiyini nümayiş etdirmək olduğunu xatırlamaq faydalıdır:

"Onun həyatı bizə bu gün də xatırladır ki, bəşəriyyətin ən böyük qələbələri başqalarını məğlub etməklə əldə edilənlər deyil, ləyaqət, mərhəmət və sülh şəraitində birlikdə yaşamağımıza imkan verən qələbələri".

Cavid