08:01
357
Bu bir faktdır ki, Qərb ölkələri Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsində Ukraynaya genişmiqyaslı maliyyə, hərbi və humanitar yardım göstərir.
ABŞ, Avropa İttifaqı üzvləri və digər Qərb tərəfdaşları Kiyevə ağır texnika, hava hücumundan müdafiə sistemləri, sursat və müasir silahlar ötürürlər. ABŞ bu prosesdə ən böyük hərbi və maliyyə donorlarından biridir.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov Rusiya Prezidenti Vladimir Putinin dünən “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik toplantısının plenar iclasında
Qərb ölkələrinin Ukrayna vasitəsilə Rusiya ilə qarşıdurmaya girməsini Moskva üçün təhdid adlandırmasına münasibətində deyib.
O, qeyd edib ki, Ukrayna dövlət büdcəsinin dayanıqlılığını qorumaq, sosial ödənişləri və infrastrukturu dəstəkləmək üçün milyardlarla dollar qrant və kreditlər ayrılır.
Qərbin əlinə fürsət düşüb ki, Ukrayna vasitəsilə Kremlə təzyiq göstərsin: "Rusiya Qərbin özü üçün də təhlükədir. Məqsəd Rusiyanı zəiflətmək fir ki, buna da qismən nail olunub. Rusiya əleyhinə sərt sanksiyaların tətbiqi və beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünün müdafiə olunması faktdır.
Qərb birbaşa olaraq öz hərbi qüvvələrini döyüş bölgəsinə göndərmir, lakin kəşfiyyat məlumatlarının paylaşılması və texniki dəstək davam edir".
Cavid
08:04
392
1 Oktyabr 18:00
931
1 Oktyabr 15:21
931