08:18
385
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, 2026-cı ilin fevralında İranın nüvə silahı əldə etməsinə üç-dörd həftə qalırdı.
Xalqcebhesi.az xəbər verir ki, Texasda tərəfdarları qarşısında çıxış edən o, İslam Respublikasına qarşı əməliyyatın başlanmasını xatırladıb.
"Bizdə elə indicə tarixdəki ən yaxşı iqtisadi göstəricilər var idi, lakin bir az kənara çıxmalı olacağıq, çünki İran nüvə silahı əldə etmək üzrədir. Buna üç-dörd həftə, bəlkə də daha az vaxt qalırdı və əgər onlarda nüvə silahı peyda olarsa, bütün oyun bitər. Biz buna icazə verə bilmərik", - deyə dövlət başçısı bildirib.
Sentyabrın sonunda İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə silahı əldə etmək ərəfəsində olması barədə iddiaları yalan adlandırıb.
Məryəm Quliyeva