08:04
385
Azərbaycan, vətəndaşlarına öz inanclarını sərbəst şəkildə yaşamaq imkanı verən, tolerantlıq və dini azadlığın yüksək səviyyədə təmin olunduğu dünyəvi bir dövlətdir. Ölkədə müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması üçün bütün hüquq və azadlıqlılar təmin edilib.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Bütün azadlıqlara baxmayaraq təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli forması qaydalarına qarşı bəzi dini qruplar tərəfindən etirazlar irəli sürülür. Bu qruplar, dünyəvi təhsil sisteminin bərabərlik prinsiplərinə xidmət edən ümumi geyim qərarını qərəzli şəkildə fərdi azadlıqların və insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Halbuki, zəif olduqları hazırkı mərhədə hüquq və azadlıqlardan dəm vuran bu radikal meyilli dindarların əsl məqsədi cəmiyyətdə öz təsirlərini artırmaqdır. Tarixi təcrübələr və qonşu regionlardakı nümunələr göstərir ki, bu cür dini qrupların əlinə hakimiyyət keçərsə, onlar dərhal teokratik üsul-idarəyə keçid edirlər. Əfqanıstana bənzər radikal bir dini rejimin qurulması, cəmiyyətdəki bütün digər fərdi azadlıqların və dünyəvi dəyərlərin tamamilə məhv edilməsi ilə nəticələnər" - o, vurğulayıb.
Politoloq deyib ki, bu elementlər repressiv dini qaydaları insanlara zorla diktə etmək üçün sadəcə uyğun bir siyasi fürsət və güc qazanmağı gözləyirlər. İnsan haqları ritorikası, gələcəkdə qurmaq istədikləri totalitar dini hegemoniyanı maskalamaq üçün istifadə olunan müvəqqəti bir taktikadır:
"Dövlətin ümumi qaydalarına qarşı çıxan bu radikal çağırışlar, əslində ölkənin dünyəvi strukturuna və daxili sabitliyinə yönəlmiş ciddi bir təhdiddir. Buna görə də, Azərbaycanda həm dini azadlıqların qorunması, həm də radikalizmin qarşısının alınması üçün dünyəvilik prinsipləri qətiyyətlə müdafiə olunmalıdır".
Cavid
08:01
357
1 Oktyabr 18:00
931
1 Oktyabr 15:21
917