Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
5 Dekabr 2019 21:59
3 479
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığa dəstəkdir. Lakin bəzi sahibkarlar bu dəstəyi özlərinin necə gəldi, ürəkləri istəyən kimi fəaliyyəti ilə səhv salırlar. Bu isə, qanun pozuntusu və özbaşınalıqdır. Hökumətimiz isə, bu özbaşınalıqlarla da mübarizə aparır. Məsələnin məğzinə gələk.
Söhbət 3 ildi icarəyə verilən qanuni sənədli qeyri-yaşayış obyektinin inşaat firması tərəfindən əsassız sökülməsindən gedir. Badamdar qəsəbəsi Neftçilər küçəsi 47 ünvanında yerləşən sahibkar Yaşar Həsənova məxsus obyekti sökən inşaat şirkətlərindən birinin adı isə “Olympus”dur. Nəyə görə birinin dedik, çünki problemdə digər firmanın da iştirakı var. Zərərçəkən, hüquqları tapdanan sahibkar Yaşar Həsənov deyir ki, Olimpusa müraciət edirik, onlar deyir ki, söküntü “bizlik deyil, bəs ərazi digər bir firmaya aiddir”. Belə ki, həmin ikinci şirkət də Badamdarda yerləşir, tikinti işləri Olimpusa aid olsa da, ərazi başqalarınındı.
Bu şirkətlər obyekt sahibinə yaxınlaşmadan, onunla hesablaşmadan əvvəllcə obyekti azqala qəzalı vəziyyətə gətiriblər, dekabrın 5-i gecə saat 4 radələrində isə, özbaşına şəkildə söküntü işləri reallaşdırıblar. Həmin şirkətin iş icraçıları bu azmış kimi özbaşına söküntü işlərindən əvvəl hansısa yollarla sahibkarın kupçasını da ləğv elətdirmək istəyiblər. Lakin Ali Məhkəmə də zərərçəkənin xeyrinə qərar verib və “söküntü” şirkətinin əməkdaşlarının qanuni sənədi ləğv elətdirmək istəyi baş tutmayıb. Yaşar Həsənovun sözlərinə görə, həmin adamlar Azərbaycan Respublikasının qanunlarına hörmət etmirlər. Onu da deyək ki, qanuni obyekti qanunsuz yolla sökülməyə məruz qalan sahibkar FHn-ə də müraciət edib.



