12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
08:37
224
Yaponiyanın Baş naziri Sanae Takaiti 16–19 noyabr tarixlərində Filippində keçiriləcək ASEAN tədbirlərində, həmçinin Çində baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Masanao Odzaki məlumat verib.
Onun sözlərinə görə, Filippinə səfəri çərçivəsində Takaiti "ASEAN üstəgəl üç" (Çin, Koreya Respublikası, Yaponiya) sammitinə, Şərqi Asiya Sammitinə (EAS) və digər tədbirlərə qatılacaq. Həmçinin bu münasibətlə Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) sammitinin də keçirilməsi planlaşdırılır.
Odzaki qeyd edib ki, Çindəki APEC sammiti çərçivəsində Takaiti ticarət, investisiyalar, iqtisadi inteqrasiya, rəqəmsal iqtisadiyyat və süni intellekt də daxil olmaqla bir sıra regional iqtisadi məsələləri müzakirə etməyi nəzərdə tutur.
Nazirlər Kabineti baş katibinin müavini baş nazirin Filippin və Çinə səfərləri zamanı digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırdığını bildirsə də, görüşlərin konkret kimlərlə olacağını açıqlamayıb. Daha əvvəl "Nikkei" qəzeti və "Kyodo" agentliyi mənbələrə istinadən Yaponiyanın APEC sammiti çərçivəsində Takaiti ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa təmas imkanlarını nəzərdən keçirdiyini yazmışdı.
Məryəm Quliyeva