16:16
357
Fransa prezidenti Emmanuel Makron artan sayda bomba təhdidini həll etmək üçün yaxın günlərdə Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Avropa Komissiyası tərəfindən yayımlanan Avropa Siyasi Birliyinin (ASB) sammitinə gələrkən məlumat verib.
"Yaxın günlərdə bu məsələyə həsr olunmuş Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyəm", - deyə Fransa lideri bildirib.
Onun sözlərinə görə, "hazırda Fransa hakimiyyətində buna görə məsuliyyəti kiminsə üzərinə qoymağa imkan verəcək məlumatlar yoxdur". "Biz bu zənglərin arxasında hər hansı xarici dövlətlərin dayandığını iddia edə bilmərik", - deyə prezident qeyd edib.
Daha əvvəl Fransanın şimalındakı Pa-de-Kale departamentinin prefekturası anonim partlayış təhlükəsi alındıqdan sonra Kale-Fretyun dəmir yolu stansiyasının infrastrukturunun yoxlanıldığını bildirmişdi. London və Paris, Brüssel və Amsterdam arasında sərnişindaşıma həyata keçirən "Eurostar" şirkəti stansiyadakı insident səbəbindən Londona gedən və oradan gələn qatarların gecikməsi barədə xəbərdarlıq edib.
Məryəm Quliyeva