16:20
273
Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlardan əvvəl atəşkəsin təmin olunmasının tərəfdarı kimi çıxış etməyə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Komissiyası tərəfindən yayımlanan Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Dublinə gələrkən bəyan edib.
Onun sözlərinə görə, "hadisələrin ardıcıllığı vacibdir". Kallas bildirib ki, "əvvəlcə atəşkəs olmalı, sonra sülh sazişi barədə danışmağa başlamaq olar və yalnız bundan sonra Avropadakı təhlükəsizlik arxitekturası müzakirə edilə bilər".
O həmçinin hesab edir ki, Aİ-nin "artıq təhlükəsizlik arxitekturası mövcuddur". Kallas Brüsselin bu məsələni müzakirə etməkdə maraqlı olmadığını və Avropadakı təhlükəsizlik arxitekturası ilə bağlı diskussiyaların diqqəti Ukraynada atəşkəs məsələsindən yayındırdığını düşündüyünü nümayiş etdirib.
Məryəm Quliyeva