Tramp: Zərurət yaranarsa, tərəddüd etmədən İrana zərbə endirəcəyəm Dünya

Tramp: Zərurət yaranarsa, tərəddüd etmədən İrana zərbə endirəcəyəm

ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana zərbələri heç bir tərəddüd etmədən bərpa edəcəyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, "Salem News Channel" telekanalına müsahibəsində Tramp proseslərin hazırda "çox yaxşı" getdiyini düşündüyünü bildirib: "Əgər işlərin fərqli getdiyini görsəydim, bunu edərdim. Bəlkə də bunu elə indi edərdim".

Bununla belə, ABŞ lideri prezidentlik müddətinin sonuna qədər İrandakı mövcud rejimin hakimiyyətdə qalmasını özü üçün məğlubiyyət hesab edəcəyini vurğulayıb: "Bəli, bu, məğlubiyyət olardı... Şübhəsiz".

Tehranın amerikalı yüksək vəzifəli şəxsi qətlə yetirəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala isə Tramp "Onlar artıq mövcud olmayacaqlar" deyə cavab verib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessentin İran tərəfindən gələn təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçdüyü bildirilmişdi.

Məryəm Quliyeva