Dünya bazarında neft yenidən ucuzlaşıb İqtisadiyyat

Dünya bazarında neft yenidən ucuzlaşıb

Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,22 ABŞ dolları və ya 0,23% azalaraq bir barel üçün 95,60 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 0,43 ABŞ dolları və ya 0,48% geriləyərək bir barel üçün 88,31 ABŞ dollarına enib.

Analitiklərin qiymətləndirmələrinə görə, neftin ucuzlaşmasına ABŞ və İran arasında hərbi gərginliyin azalacağı, eləcə də Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində irəliləyiş əldə olunacağı ilə bağlı gözləntilər təsir göstərib.

ABŞ-da neft ehtiyatlarının artması və qlobal bazarda təklifin çoxalması ilə bağlı narahatlıqlar da qiymətlərə təzyiq edib.