Putin Kremldə ABŞ nümayəndələri Uitkoff və Kuşneri qəbul edib Dünya

Putin Kremldə ABŞ nümayəndələri Uitkoff və Kuşneri qəbul edib

Rusiya Prezidenti Vladimir Putin noyabrın 12-də Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və ABŞ Prezidenti Donald Trampın kürəkəni, iş adamı Cared Kuşneri qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, görüş Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən ikigünlük üçtərəfli danışıqlardan sonra baş tutub.

Söhbət zamanı Putin Amerika nümayəndələrindən Moskva ilə Kiyev arasında təmasların təşkilinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdırmağı xahiş edib. Rusiya lideri həmçinin humanitar istiqamətdə irəliləyiş olduğunu qeyd edib.

Bundan əlavə, Putin Oleşki ətrafındakı humanitar məsələnin həllində iştirakına görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkürünün çatdırılmasını xahiş edib.

Amerika nümayəndə heyəti ilə görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Prezidentin köməkçisi Vladimir Medinski və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak edirlər.

Məryəm Quliyeva