Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırlayır Dünya

Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı Əbu-Dabidəki danışıqları alqışlayır və eyni zamanda Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Dublinə gələrkən bəyan edib.

"Biz Əbu-Dabidəki danışıqları alqışlayırıq", - deyə fon der Leyen bildirib və əlavə edib ki, Aİ Ukraynanı "müharibə və ya sülh dövründə" dəstəkləyəcək. Fon der Leyen həmçinin Aİ-nin guya "orada təmsil olunduğunu" iddia edib.

Bununla yanaşı, o vurğulayıb ki, Aİ "Rusiyaya qarşı 22-ci sanksiyalar paketini, eləcə də 2027-ci ildə Kiyevin maliyyələşdirilməsi ilə bağlı təklifləri hazırlayır" və bunları Avropa Şurasının 26-27 noyabr tarixlərində Brüsseldə planlaşdırılan növbəti iclasına qədər təqdim etmək niyyətindədir.

Məryəm Quliyeva