Makron bomba xəbərdarlıqları ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək
2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention" sammiti üçün qeydiyyat başladı
Azərbaycanda pilotların təlimi üçün əlavə təyyarələr alınacaq - FOTO
Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirildi - FOTO
16:12
154
Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayının artırılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu "ASG Helicopter Services" MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin texniki xidmət göstərdiyi bu tip 5 hava gəmisi mövcuddur.
"Gələcəkdə daha 5 hava gəmisinin alınması və ümumi sayın 10-a çatdırılması nəzərdə tutulur. Bu hava gəmiləri ABŞ istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz edilib", - Vələd Vələdov qeyd edib.
O əlavə edib ki, mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, onlar həm dizel yanacağı, həm də aviasiya yanacağı ilə işləyə bilir. Hava gəmiləri əsasən Qəbələ Aviasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün nəzərdə tutulub.
Vələd Vələdov vurğulayıb ki, "ASG Helicopter Services" MMC hava gəmilərinə baza və operativ texniki xidmət göstərir. Şirkətin fəaliyyətinə hava gəmilərinin texniki xidmət proqramına əsasən yoxlama işləri, mühərriklərin çıxarılması və quraşdırılnası, hava gəmilərinin hissələrin dəyişilməsi, qanadların sökülməsi və quraşdırılması işləri daxildir.




