12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
08:42
161
Çin hakimiyyəti Fars körfəzi regionunda vəziyyətin normallaşmasına dəstək verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Çjay Tsyun bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Çjay Tsyun noyabrın 12-də Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
"Çin Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi məqsədilə Sədr Si Cinpinin irəli sürdüyü bir sıra təşəbbüslərə sadiq qalacaq, tərəflərin barışdırılması və hərbi əməliyyatların dayandırılması istiqamətində səylərini davam etdirəcək, Fars körfəzi regionunda sülh və sabitliyin tezliklə bərpasına töhfə verəcək", – deyə xüsusi nümayəndə vurğulayıb.
Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər və Yaxın Şərq regionundakı mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Çjay Tsyunun sözlərinə görə, Pekin müvafiq tərəfləri eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. O, fikir ayrılıqlarının və mübahisələrin dialoq və danışıqlar yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb: "Çin tərəfi dəyişməz olaraq hesab edir ki, münaqişə gərginləşməməli, hərbi əməliyyatlar isə daha geniş miqyas almamalıdır. Qarşıdurma ziddiyyətləri dərinləşdirir, dialoq yeganə düzgün yoldur".
Xüsusi nümayəndə həmçinin Qırmızı dəniz regionunda vəziyyətin kəskinləşməsinin bölgənin təhlükəsizliyinə və inkişafına mənfi təsir göstərdiyini xatırladıb.
Çin XİN-in məlumatına əsasən, Əl Səud Səudiyyə Ərəbistanının Çinin Yaxın Şərq məsələləri üzrə mövqeyini və Pekinin regionda gərginliyin azaldılması istiqamətində səylərini yüksək qiymətləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Ər-Riyad təhlükəsizlik sahəsindəki çağırışlara birgə cavab vermək üçün Çin tərəfi ilə sıx təmasları davam etdirməyə hazırdır.
Məryəm Quliyeva