12 Noyabr 16:44
12 Noyabr 16:37
09:37
140
Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Son sutka ərzində əsas kriptovalyutaların qiymətində ciddi azalma qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 6,63% azalaraq 68 801,70 ABŞ dollarına enib. Son 7 gündə qiymət itkisi 8,96%, son 30 gündə isə 17,76% təşkil edib.
“Ethereum”un qiyməti 5,75% azalaraq 1 933,33 dollara, BNB-nin qiyməti 6,32% geriləyərək 634,80 dollara düşüb. “Zcash”ın qiyməti 5,43% azalaraq 932,03 dollara enib.
Digər kriptovalyutalardan “Monero”nun qiyməti 8,37% azalaraq 525,07 dollara, “Bitcoin Cash”in qiyməti 5,53% geriləyərək 217,29 dollara düşüb. “Bittensor”un qiyməti 5,25% azalaraq 203,81 dollara, “Quant”ın qiyməti isə 3,89% geriləyərək 158,53 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da azalma müşahidə olunub. “PAX Gold”un (PAXG) qiyməti 1,53% azalaraq 3 909,60 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 1,59% geriləyərək 3 906,59 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 6,13% azalaraq 138,12 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,38 trln. dollara enib.
Analitiklərə görə, kriptovalyuta bazarında eniş investorların riskli aktivlərə marağının zəifləməsi və satış təzyiqinin artması ilə əlaqəli ola bilər. “Bitcoin”in qiymətinin 70 min dollardan aşağı düşməsi fonunda digər əsas kriptovalyutalarda da itkilərin dərinləşməsi bazarda mənfi dinamikanın davam etdiyini göstərir.