12 Noyabr 16:44
12 Noyabr 16:37
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
Tramp: Zərurət yaranarsa, tərəddüd etmədən İrana zərbə endirəcəyəm
Uitkoff: Ukrayna üzrə növbəti danışıqların vaxtı razılaşdırılıb
08:19
203
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişədə daha sərt tədbirlərdən bir neçə Yaxın Şərq ölkəsinin xahişi ilə çəkindiyini bəyan edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, amerikalı telejurnalist və idman şərhçisi Stiven Ey Smitin Vaşinqtonun İslam Respublikası ilə münaqişəni nə üçün hələ də başa çatdıra bilməməsi ilə bağlı sualını cavablandıran Tramp bildirib ki, bunu dərhal edə bilərdi: "Qorumağa çalışdığım ölkələrin xahişi ilə biz bir qədər daha uzun və sivil yol seçdik. Səudiyyə Ərəbistanı məndən xahiş etdi: "Zəhmət olmasa, bir müddət hər şeyi olduğu kimi saxlayın"".
ABŞ lideri Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin də ondan tələsməməyi xahiş etdiyini əlavə edib.
Trampın sözlərinə görə, Yaxın Şərq ölkələrinin bu mövqeyi olmasaydı, o, daha irəli gedərdi: "Biz artıq çox irəli getmişik. Onlara hücum etdik, lakin əsasən körpülərinə toxunmadıq. Çox pis davrandıqları üçün böyük bir körpülərini məhv etdik, amma elektrik enerjisi və istehsal güclərini qoruyub saxlamağa imkan verdik. Enerji sektorlarına isə ümumiyyətlə zərbə endirmədik".
Məryəm Quliyeva