16:21
147
"Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər müsbət və konstruktiv xarakter daşıyır".
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrej Plenkoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər müsbət və konstruktiv xarakter daşıyır. Bu mənim təəssüratımdır. Müzakirə olunan məsələləri izlədikdən, həmçinin həyata keçirdiyim səfər və Prezident İlham Əliyev, eləcə də Baş nazir Nikol Paşinyanla görüşlərdən sonra belə qənaətə gəlmişəm ki, bu gün münasibətlərdə uzun illər ərzində olduğundan daha çox yaxşı qonşuluq ruhu hiss olunur”, - o, qeyd edib.
16:22
189
16:00
441
16:00
385