Uitkoff: Ukrayna üzrə növbəti danışıqların vaxtı razılaşdırılıb Dünya

Uitkoff: Ukrayna üzrə növbəti danışıqların vaxtı razılaşdırılıb

Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundunun vaxtı artıq razılaşdırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerlə birlikdə Moskvadan Dublinə gələn Uitkoff jurnalistlərə açıqlamasında bildirib ki, onların qrafikində artıq növbəti görüş yer alıb. Dublində Volodimir Zelenski ilə görüşən emissarlar Ukraynada sülhün təmin olunması məqsədilə çox gərgin çalışacaqlarını vurğulayıblar.

Məryəm Quliyeva