Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
17 Yanvar  2020 17:50
5 523
Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edib.
İndiyə qədər bu Qayda yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla, Dövlət İmtahan Mərkəzi  tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edib.
Dəyişiklik bu Qaydanın tətbiq edilmədiyi istisna hallarla bağlıdır. Başqa sözlə, istisna hallar sırasında yer alan yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri ilə bağlı məqam konkretləşdirilib. Bu Qayda Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə münasibətdə tətbiq olunmayacaq.