Himalay dağlarında helikopter qəzaya uğrayıb Dünya

Himalay dağlarında helikopter qəzaya uğrayıb

Himalay dağlarında helikopter qəzaya uğrayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Uttarakhand ştatının baş naziri Puşkar Sinqh Dhami məlumat yayıb.

"Coşimath yaxınlığındakı Çayen kəndi yaxınlığında helikopterin qəzaya uğraması barədə kədərli xəbər daxil olub. Hazırda rayon administrasiyası, Fövqəladə Halların İdarə Olunması Departamenti və ştatın fövqəladə hallara reaksiya qüvvələri birgə xilasetmə əməliyyatı həyata keçirir", - deyə o, "X" sosial şəbəkəsində yazıb və əlavə edib ki, "ağır yaralananların təcili olaraq ixtisaslaşdırılmış tibb mərkəzlərinə çatdırılması və onlara peşəkar yardım göstərilməsi üçün göstərişlər verilib".

"News18" telekanalının məlumatına görə, helikopterdə pilot da daxil olmaqla altı nəfər olub.

Bildirilir ki, helikopter Badrinath şəhərindən Bakı vaxtı ilə saat 12:45 radələrində qar yağışı şəraitində havalanıb və sonradan əlaqə kəsilib.

Məryəm Quliyeva