14:18
532
Ukrayna 10 Rusiya şirkətinə və onlar ilə əlaqəli 19 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, müvafiq fərmanı Volodimir Zelenski imzalayıb.
Sənəddə iddia edildiyi kimi, söhbət "Rassvet" peyk rabitə sisteminin yaradılmasına cəlb olunmuş şirkət və şəxslərdən gedir. Həmçinin 39 gəmiyə qarşı da sanksiya tətbiq olunub.
Şirkətlər arasında "Büro 1440" ("Rassvet" layihəsinin tərtibatçısı, əlaqələndiricisi və sistem inteqratoru), "Labs 1440" (kosmik aparatlar üçün günəş batareyalarının istehsalı) və "FAB Rassvet" (aşağı orbitli rabitə peyklərinin, abunəçi terminallarının işlənib hazırlanması, istehsalı və müşayiəti) yer alır. Siyahıya aerokosmik sistemlərin komponentlərini işləyib hazırlayan və prototiplərini yaradan Belarusun "Aerokosmik cihazlar" müəssisəsi də daxil edilib.
Məryəm Quliyeva