SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
17 Fevral 2020 16:01
2 478
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmuş rezidenturaya qəbul imtahanına internet vasitəsilə ərizə qəbulu davam edir. DİM-dən bildirilib ki, bu gün saat 11:25-ə olan göstəricilərə əsasən, imtahanda iştirak etmək üçün 125 namizəd (Azərbaycan bölməsi - 108; rus bölməsi – 17) ərizəsini təsdiqlədib.
Xatırladaq ki, namizəd fevralın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir. Ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq edir.
DİM namizədlərin diqqətinə çatdırır ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.
3 Aprel 17:44
1 218
3 Aprel 17:39
1 218
3 Aprel 15:53
1 323