FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
10 Aprel 2020 15:46
2 016
Paytaxt məktəbliləri koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, "Evdə qal, nümunə ol!" və digər bu kimi fikirləri ifadə edirlər.
Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat verir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar. Şagirdlər doğma məktəb və sevimli müəllimləri üçün darıxdıqlarını, tezliklə ənənəvi təhsilə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini də nəzərə çatdırırlar.
Qeyd edək ki, məktəblilərin aksiyasının əsas məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir. Onu da qeyd edək ki, şagirdlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan #evdəqal #dərsdənqalma sosial çağırışlarına da dəstək verir, teledərslərdə və müəllimlərin təşkil etdiyi onlayn dərslərdə fəal iştirak edirlər.