13:29
441.jpg)
İsveç HHQ-nə məxsus SVF680 təyyarəsi Polşa səmasında, Kalininqrad vilayəti ilə sərhəddən bir neçə on kilometr məsafədə geriyə manevr edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" uçuş məlumatlarına istinadən məlumat yayıb.
"Hava gəmisi ölkənin Kalininqrad vilayəti ilə sərhədindən bir neçə on kilometr məsafədə geriyə dönüb", — deyə nəşrdə bildirilir.
Qeyd olunur ki, bundan sonra təyyarə Qdansk istiqamətinə tərəf yönəlib.
Bununla yanaşı, bir qədər əvvəl "Voennaya xronika" ABŞ-nin "Bombardier ARTEMIS II" kəşfiyyat təyyarəsinin Kalininqrad vilayətinin ətrafında dövrə vurduğunu bildirmişdi.
Məryəm Quliyeva