16 Aprel 2020 18:24
2 842
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.
Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.
18:49
1 064
11 İyul 19:21
1 288
11 İyul 16:27
1 484