Çingiz Mustafayev adına Fond müsabiqə elan edir Hadisə

Çingiz Mustafayev adına Fond müsabiqə elan edir

Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Hərb tariximiz” adlı yazı müsabiqəsi elan edir.

I. Mükafatlandırma

I yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və fotokamera
II yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və “Caran d’Ache qələmi
III yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və əksi olan ZİPPO alışqanı
Həvəsləndirici mükafat (3 yer) - Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış ZİPPO alışqanı

II. Müsabiqənin şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.
• Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
• Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
• Yazılarda işarə məhdudiyyəti yoxdur.
• Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz" mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.
III. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:

[email protected]

Təqdimat məktubunda yer almalıdır:

• yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;
• yazı təqdim edən şəxsin fotosu;
• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

IV. Qaliblərin elan edilməsi

Müsabiqənin təqdimatı iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin anım günü keçiriləcək.

Əlaqə telefonu:

(012) 345 45 08
(051) 206 42 70