TƏBİB-in turizm və otelçilik sektoruyla bağlı göstərişləri Hadisə

TƏBİB-in turizm və otelçilik sektoruyla bağlı göstərişləri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
TƏBİB-in turizm və otelçilik sektorunda infeksiyanın profilaktikası ilə bağlı göstərişlərini oxucularımıza təqdim edirik.
Qeyd edək ki, sənəd hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa havadamcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmas etdikdən sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.
Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.
Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərd ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

1.OTELÇİLİK VƏ TURİZM SEKTORUNUN XÜSUSİYYƏTLƏRİ

İnsanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, otellərdə və turizm müəssisələrində yoluxma ehtimalı yüksəkdir. Burada qonaqlar müvəqqəti olaraq yaxın məskunlaşma şəraitində yaşayırlar, öz aralarında və işçilərlə sıx qarşılıqlı münasibətdə olurlar.
Məhz bu cəhətlər – qonaqların məskunlaşması ilə bağlı onlara göstərilən xidmətlər
(yemək, içki, təmizlik, hər hansı bir fəaliyyətin təşkili və s.) və bu müəssisələrə xas olan qarşılıqlı münasibətlər (qonaq-qonaq, qonaq-işçi heyəti və işçi heyətin öz arasında) xüsusi diqqət tələb edir.
Müəssisənin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən
COVID-19-a qarşı əsas müdafiə tədbirləri, (əl ı, sosial məsafənin saxlanması,
gözlərə, burun və ağıztoxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir.

2. QEYDİYYAT XİDMƏTİ

2.1. Məlumat və kommunikasiya

Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində COVID-19 yayılmasının qarşısını alsınlar. Profilaktika ilə bağlı görülmüş tədbirlər və ya qonaqların ehtiyacı ola biləcəyi digər xidmətlər (məsələn, ərazidə və ya müəssisənin özündə mövcud olan tibb və əczaçılıq xidmətləri) barədə müəssisənisiyasəti haqqında qonaqlara məlumat verməyi bacarmalıdırlar. Tənəffüs simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmaq və əsas gigiyena qaydaları haqqında tövsiyələr verməlidir. Rəhbərlik həmin şəxslərin həkim tərəfindən müayinəsini dərhal təmin etməlidir.
Qeydiyyat işçiləri təyin olduqda yaşa və xroniki xəstəliklərin olmamasına fikir verilməlidir. Qeydiyyat işçilərinin sosial məsafəni qorumaları zəruridir.
COVID-19-un yayıldığı ölkələrə və ya ərazilərə səyahət barədə rəsmi, yeniləşmiş məlumatlar mövcud və əlçatan olmalıdır.
Qeydiyyat işçiləri COVID-19 xəstələrinin idarə olunması qaydalarını bilməli və zərurət yarandıqda rəhbərliyi məlumatlandıraraq 103 TTTY xidməti ilə əlaqə saxlamalıdırlar.

2.2. Qonaq Qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatlar

Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir.
Bundan başqa həmin şəxslərin istifadə edə biləcəyi vasitələrə aşağıda qeyd olunanlar aid edilir:
• Bakterisid dezinfeksiyaedici / səthlər üçün təmizləyici salfetlər;
• Tibbi maska, tibbi eynək və ya sipərlik;
• Əlcəklər (birdəfəlik);
• Qoruyucu önlük (birdəfəlik);
• Uzun xalat;
• Biotəhlükəli tullantılar üçün birdəfəlik torba.

2.3. Sosial məsafə saxlanması tədbirləri, əllərin təmizlənməsi və tənəffüs gigiyenası

•Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir. Qonaqlar bu tədbirlər barədə məlumatlandırılmalıdırlar.
• Sosial məsafə istər qonaqlar arasında, istər personal arasında, istərsə də qonaq və personal arasında qorunmalıdır. Sosial məsafənin qorunması ən az 2 m məsafəni
əhatə edir.
• Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Eyni zamanda gözlərə, buruna və ağız boşluğuna toxunmaqdan çəkinilməlidir. Əllərin dezinfeksiya edilməsi, qonaqlar ilə işçi heyətin arasında hər hansı bir əşyaların (pul, kredit kartları) ötürülməsindən sonra icra olunmalıdır.
•Öskürmə və ya asqırma zamanı ağız və burun birdəfəlik kağız salfet ilə və ya parça dəsmal ilə örtülməlidir. Olmadığı təqdirdə dirsək büküşündən istifadə edilə bilər. İstifadə olunan salfet və ya parça dəsmal dərhal qapağı olan qaba atılmalıdır.

2.4. Xəstəliyinə şübhə olan qonaqların idarə olunması (aparılması)

•Xəstəliyinə şübhə olan şəxsin hüquqları qorunmaq şərti ilə müəssisədə xüsusi nəzarətə götürülməlidir. Həmin şəxs tibbi maska ilə təmin olunaraq ona tibbi yardım çağırılmalıdır.
•Qeydiyyat işçiləri bütün bu məlumatları təmkinlə qəbul etməlir, vəziyyəti qiymətləndirmək və müvafiq qərarları qəbul etməyi rəhbərliyin və tibbi xidmət əməkdaşlarının üzərinə qoymalıdırlar.

3. TEXNİKİ XİDMƏTLƏR

3.1. Suyun dezinfeksiyası

•İstifadədə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır.

3.2. Qabyuyan və camaşırxana avadanlığı

•Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayət olunması üçün vacibdir. Yuyucu və dezinfeksiya edici kimyəvi maddələr qaydalara uyğun istifadə edilməlidir.

3.3. Hava kondisionerləri

•Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsi yoxlanmalıdır.

3.4. Dispenserlər

•Sabun və dezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyəti cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqların, mütəmadi yoxlamaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir.
•Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.

4. İCTİMAİ İAŞƏ ZONALARI

4.1. İnformasiya və rabitə

•İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (müntəzəm olaraq əl yuma, tənəffüs gigiyenası və s.) ciddi şəkildə riayət etməlidirlər.
•Həmin zonalara daxil və xaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsi ilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün, həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir.

4.2. Bufet və içki maşınları

•Bufetlərdə qonaqlar qida məhsullarına əl ilə toxunmaqdan çəkinməlidirlər. Zərurətolduqda, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməlidir və bu əşyalar ayrı konteynerdə saxlanmalıdır. Xidmətdən sonra bufet səthləri təmizlənməli və dezinfeksiya edilməlidir.
•Qəhvə və s. avadanlıqlarına mütəmadi əl ilə toxunulur. Bu səbəbdən həmin avadanlıqlar hər istifadədən sonra və zərurət olduqda daha tez-tez təmizlənib dezinfeksiya edilməlidir.

4.3. Qabların və süfrələrın (masa örtüklərinin) yuyulması

•Adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlar və ya işçilərin əlləri ilətəmasola bildikləri səbəbindən istifadə eilməmiş əşyalar da daxil olmaqla, qabyuyan maşında yuyulmalı və dezinfeksiya edilməlidir.
•Hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirlərini görərək adi addımlara əməl etmək lazımdır (yuma, dezinfeksiya etmə, durulama). Qurutma birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır. Eyni şəkildə, süfrələr və dəsmallar adi qaydada yuyulmalıdır.

4.4. Oturacaqların yerləşdirilməsi

•10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqların ara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır.

5. OTELLƏRDƏ UŞAQ ƏYLƏNCƏ BÖLMƏSİ

•Uşaqlarda COVID-19-a yoluxma hallarının geniş yayılmamasına baxmayaraq faktlar göstərir ki, onlar arasında ağır gedişatlı və ölüm ilə nəticələnən hallar müşahidə edilir. Həmin zonada məsul əməkdaş diqqətli olmalı, soyuqdəymə simptomu müşahidə etdiyi təqdirdə, dərhal həmin uşağın valideyinləri ilə əlaqə saxlamalı və situasiya ilə əlaqəli idarəetməni icra etməyi bacarmalıdır.
Belə hallarda ərazi müvəqqəti bağlanmalıdır və orada dərin dezinfeksiya işləri icra
olunmalıdır.

6. TƏMİZLİK VƏ OTAQ İŞLƏRİ

6.1. Təmizləmə və dezinfeksiya

•Müəssisədə COVID-19-a yoluxma halları olmadıqda belə, gigena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə olunur. İctimai yerlərin dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir, məsələn tutacaqlar, lift düymələri sürahilər və s. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır.
•Hər müəssisənin təmizləmə və dezinfeksiya planı tərtib olunmalıdır. Qonaqlar və personal sırasından COVID-19-a şübhəsi ilə xəstəxanaya təxliyə edilən şəxsin yaşayış zonası həmin plana uyğun təmizlənməli və dezinfeksiya edilməlidir.
Qaydalara əsasən təmizlik personalı müvafiq fərdi qoruyucu vasitələrdən istifadə
etməlidir.

Aşağıda qeyd olunanlar icra olunmalıdır:

• Xəstənin otağının təmizlənməsi zamanı əlcəklər və tibbi maska istifadə edilməlidir.
•Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər
1:100 normal durulaşdırılmış ağardıcı iltəmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir.
[Ağardıcının hazırlanma dərəcələri (10%-lıq):
1/10 nisbət-də ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000-6000
ppm xlor sərbəst buraxılır) 1/100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır)] 1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı
əlavə edin;
• Ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.) 70% spirt məhlulu istifadə edilə bilər: İstifadə edilən paltar, döşək üzləri, yataq örtükləri dəsmalları və s. camaşırlar bird fəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C- də yuyucu toz ilə yuyulmalıdır.
Birdəfəlik əşyalar qapaqlı konteynerə yerləşdirilir və tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun utilizasiya olunmalıdır.
Təmizlik işləri görən heyyət fərdi qoruyucu vasitələrdən iştifadə qaydalarına dair
təlimlər keçməlidirlər və vasitənin istifadəsindən sonra gigiyena qaydalarına dair təlimatlandırılmalıdırlar.
Bütün otaq və ictimai ərazilər gündəlik havalandırılmalıdır.

6.2. Xəstə qonaqların monitorinqi

Təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyat əməkdaşlarına məlumat verməlidir. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır.

6.3. Materialların mövcudluğu
•Aşağıda qeyd olunan fərdi qoruyucu vasitələr ilə əməkdaşlar təmin olmalı və istifadəsinə dair təlimatlandırılmalıdırlar:
- Əlcəklər
- Birdəfəlik xalatlar
- Qapalı ayaqqabı
- Sipərlik
Onlar həmçinin lazım ola biləcək dezinfeksiya edici məhlullar ilə təmin olunmalıdırlar.

7. OTELLƏRDƏ VƏ TURİZM MÜƏSSİSƏLƏRİNDƏ COVID-19 HALLARININ İDARƏ OLUNMASI

7.1. Ümumi tövsiyələr

•Qonaq və ya heyətdə kəskin respirator infeksiyaın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.
• Xəstə insan digər şəxslərdən ən azı 2 metr məsafəyə ayırılır;
• Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;
• Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 2 metr məsafəni saxlamalı və tibbi maska taxmalıd. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı >65 və / və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə, mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;
• Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;
• Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);
• Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabuvə su ilə yuyulmalıdır;
• Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;
• Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.

7.2. Təsirə məruz qalan işçi olduqda

• İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya . Həmin şəxsə tibbi xidmətin
göstərilməsi üçün 103 TTTY-yə müraciət edilməlidir;
• İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evd izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY-yə
müraciət etlidir;
• Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
• Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

7.3. Kontaktların müəyyənləşdirilməsi və idarə edilməsi

•Kontaktların müəyyənləşdirilməsi müəssisədə xəstə aşkar edildikdən dərhal sonra başlamalıdır.
Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə xəbər verilməlidir.
Kontakt şəxslərə kim aid edilir:
• Qonağın otaq yoldaşı;
• şübhəli şəxsə qayğı göstərən şəxs;
• COVİD-19-a şübhəli şəxs ilə hər hansı bir fərdi qoruyucu vasitələrdən istifadə etmədən kontaktda olan şəxs.

8. TƏCHİZAT

Təchizat üzrə podaratçılar COVID-19-a qarşı profilaktik tədbirlər qaydalarına riayət etməlidirlər.