8 Aprel 23:38
8 Aprel 23:32
Mərakeş Dünya Bodyboard Çempionatının böyük finalına ev sahibliyi etdi
"Ən real ssenari qarşılıqlı güzəştləri ehtiva edən məhdud və praqmatik razılaşmadır"
ABŞ xüsusi ordu komandanlığının sabiq əməkdaşı məxfi məlumatları ötürdüyünə görə tutulub
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün bu axşam Pakistana gedir
10 May 2020 11:07
1 603
"Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır".
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".
E.Əzizov Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Xalq rəssamı Ömər Eldarov APA-ya açıqlamasında M.Maqomayevin heykəlinin Dənizkənarı Milli Parkda ucaldılacağını demişdi.