"Sabah" – "Slaviya" qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
15:07
903
İraq Milli Gəmiçilik Şirkəti regiondakı fəaliyyətində 50 ildən çox sürən fasilədən sonra oktyabrın ortalarında Fars körfəzi ölkələrinin limanları arasında müntəzəm kommersiya daşımalarını bərpa edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Milli daşıyıcıların fəaliyyətinin aktivləşdirilməsi, onların nəqliyyat və ticarət sahələrindəki rolunun gücləndirilməsi planlarına uyğun olaraq, İraq gəmiçilik şirkəti yarıməsrlik fasilədən sonra Fars körfəzi zonasında kommersiya daşımalarını bərpa etməyə hazırdır", - deyə ərəb respublikasının Nəqliyyat Nazirliyinin xüsusi bəyanatında qeyd olunur. Bildirilir ki, ilk reys oktyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Əli limanından İraqın Umm-Qəsr limanına planlaşdırılıb.
İraq nazirliyindən bildiriblər ki, Fars körfəzində daşımaların bərpası "milli gəmiçilik xəttini regional ticarət marşrutlarına qaytaracaq, konteynerlərin və digər yüklərin daşınması üçün əlavə imkan yaradacaq". Bəyanatda vurğulanır: "Şirkətin Fars körfəzi akvatoriyasında fəaliyyətinin bərpası İraq dəniz limanları vasitəsilə yük dövriyyəsini yaxşılaşdırmağa, region ölkələri ilə ticarəti dəstəkləməyə və regional marşrutlarda milli daşıyıcının iştirakını gücləndirməyə yönəlib".
Məryəm Quliyeva