Yer kürəsində maqnit fırtınası başa çatıb Gündəm

Yer kürəsində maqnit fırtınası başa çatıb

Bazar ertəsi günü Yer kürəsində orta gücə malik maqnit fırtınası başa çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (IKI) və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) Günəş astronomiyası laboratoriyasından məlumat yayıb.

"Proqnozla müqayisədə bir sutka gecikmə ilə Yerdə bu payızın ikinci maqnit fırtınası baş verdi və başa çatdı", - deyə məlumatda bildirilir.

Laboratoriyadan verilən xəbərə görə, "Cari fırtınanın səbəbi orta ölçülü tac dəliyinin təsiri olub. Bu təsir hazırda da davam edir, lakin intensivliyin pik həddi artıq geridə qalıb".

Alimlərin sözlərinə görə, fırtınanın gücü zəif (G1) ilə orta (G2) səviyyə aralığında olub.

Laboratoriyanın məlumatına görə, oktyabrın 4-də saat 15:00-dan 19:00-dək qütb parıltısının intensiv artımı müşahid olunub və pik nöqtəsində 10 ballıq şkala üzrə 8-9 səviyyəsinə çatıb.

"Sonuncu aktivlik artımı bu gün Moskva vaxtı ilə səhər saat 8 radələrində qeydə alınıb", - deyə alimlər bildiriblər.

Məryəm Quliyeva