Operativ Qərargah: Ölkə daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər Hadisə

Operativ Qərargah: Ölkə daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər

“Gələn həftədən uçuşlar ölkə daxilində bərpa edilə bilər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək, həmin qaydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.