Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
3 İyun 2020 16:32
2 184
UNICEF “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını alqışlayır. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, hərtərəfli və uzunmüddətli baxışı müəyyən edən bu strategiyada uşaqlara təsir edən çoxsaylı problemlərin və çətinliklərin həll olunması nəzərdə tutulub. Onlar arasında:
1. Uşaqların müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik bazasının və mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyi;
2. Ölkədə uşaq hüquqlarının monitorinqinin təkmilləşdirilməsi;
3. Həssas uşaqların sosial müdafiəsinin gücləndirilməsi;
4. Uşaqların erkən yaslarında inkişafına dəstək, o cümlədən uşaqların qidalandırılması, əlilliyin erkən aşkarlanması və qarşısının alınması;
5. Uşaqlara asudə vaxtlarının təşkilində və iştirakında dəstək.
UNICEF Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə Uşaqların Milli Fəaliyyət Planının tamamlanması üçün sıx əməkdaşlıq edir. Bu Plan yeni Strategiyanın aydın müəyyən edilmiş bir siyasətə və proqram tədbirlərinə çevrilməsinə kömək edəcək. Bu tədbirlərin Azərbaycanda hər bir uşağın rifahı naminə həyata keçirilməsi üçün, UNICEF bundan sonra da, hökumətə öz texniki dəstəyini göstərəcək və əməkdaşlığı davam etdirəcək.
25 Sentyabr 18:21
1 092
25 Sentyabr 17:17
819
25 Sentyabr 17:16
777