
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyidir. Parlament Jurnalistləri Birliyi (PJB) bu münasibətlə silsilə tədbirlərə start verib.
Tədbirlər ilin sonunadək davam etdiriləcək.
Bu barədə “Xalq Cəbhəsi”nə PJB-nin sədr müavini Aqil Camal bildirib. Onun sözlərinə görə, yubiley tədbirlərinin başlanğıcı olaraq PJB üzvləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament mətbuatını təmsil etmiş tarixi şəxsiyyətlərin xatirələrini yad ediblər: “AXC dövründə parlamentin mətbuat orqanı olmuş “Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir Hacıbəylinin, parlamentin stenoqramlarını yazmış Cəfər Cabbarlının, Əhməd Cavadın məzar və abidələri ziyarət edilib”.
PJB yubiley tədbirləri çərçivəsində “Xalq Cümhiriyyəti parlamenti milli mətbuat işığında” adlı media layihəsinə də başlayıb. İyulun ayının 22-dək bu mövzuda araşdırma yazıları hazırlanacaq və mediada geniş yayılanacaq.
PJB həmçinin tanınmış beynəlxalq media təşkilatı olan Qlobal Qəzetçilər Konseyi (KGK) ilə birlikdə Azərbaycan Milli Mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi də razılaşdırıb: “Sözügedən beynəlxalq media qurumunun sədr müavini, PJB sədri Elşad Eyvazlının irəli sürdüyü bu təklif artıq qəbul olunub. Konfransın xarici ölkələrdən birində keçirilməsi nəzərdə tutulub. Pandemiya səbəbindən hazırda konfransı keçirmək mümkünsüzdür. Amma il ərzində mümkün olacağı ilk fürsətdə xaricdə bu tədbir keçiriləcək.
Bununla belə, bütün hallarda 22 iyul ərəfəsində KGK çərçivəsində onlayn şəkildə də olsa, beynəlxalq konfrans gerçəkləşdiriləcək” – A.Camal bildirib.
PJB-nin təsis etdiyi “Şirməmməd Hüseynov” media mükafatı da yubiley günlərində açıqlanacaq.
Hazırda, mükafatın təqdimatı ilə bağlı məsələlər müzakirə mərhələsindədir. Mətbuat təmsilçilərinə sosial dəstək məqsədilə PJB tərəfindən bir neçə tibbi müayinə aksiyanın da keçirilməsi nəzərdə tutulur.