Kir Starmer istefasına 4 gün qalmış Kiyevə vida səfərinə gəlib Dünya

Kir Starmer istefasına 4 gün qalmış Kiyevə vida səfərinə gəlib

Böyük Britaniyanın Baş naziri Kir Starmer hakim Leyboristlər Partiyasının deputatlarının dəstəyini itirməsi səbəbindən istefa verməsinə dörd gün qalmış Kiyevə gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dauninq-strit 10 ünvanında yerləşən Baş nazir dəftərxanası məlumat yayıb.

Səfər çərçivəsində Volodimir Zelenski ilə danışıqların aparılması gözlənilir. Britaniya hökuməti başçısının dəftərxanasının bəyanatında qeyd olunur ki, Starmerin baş nazirliyi dövründə Böyük Britaniya Ukraynaya münaqişə bitdikdən sonra təhlükəsizlik təminatı verməyə hazır olan 34 ölkədən ibarət "istəkli koalisiya" formalaşdırıb və Ukrayna ilə 100 illik tərəfdaşlıq sazişi imzalayıb.

Məryəm Quliyeva