DİM Bakı, Gəncə və Lənkəranda vətəndaşların qəbulunu dayandırır Hadisə

DİM Bakı, Gəncə və Lənkəranda vətəndaşların qəbulunu dayandırır

Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən DİM-in Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək həyata keçirilir.
Bundan əlavə, vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.